Cənubda Ukrayna Silahlı Qüvvələri düşmənin Mi-8 helikopterini endirib, Rusiya qüvvələrinin cəmləşdiyi 3 ərazini və onların komanda məntəqələrini vurub.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna MN-nin Cənub Əməliyyat Komandanlığı məlumat yayıb. Sitat: "Döyüş günü düşmən dinc əhali ilə qarşıdurma xəttini və yaxınlıqdakı yaşayış məntəqələrini raket və artilleriyadan atəşə tutmağı davam etdirib. Düşmən aviasiyası mövqelərimizə 18 hava zərbəsi endirib.  Ukrayna aviasiyası düşmən mövqelərinə 9 zərbə endirib, Davıdov Brod ərazisində zenit-raket bölmələrinin qüvvələri isə işğalçı aviasiyaya məxsus Su-24M bombardmançı və Mi-8 helikopterini məhv edib".

Döyüşlər isə davam edir.

A.Məmmədli  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN