Muxtar Tleuberdi: “İndi birinci vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir”.

Dünya və Ənənəvi Dinlər Liderlərinin VII Qurultayında iştirak edən KİV nümayəndələri Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Muxtar Tleuberdiyə Ermənistanın KTMT-yə müraciətinə Qazaxıstanın mövqeyinin necə olduğunu və Qazaxıstanın sülhməramlılarını göndərib-göndərməyəcəyi ilə bağlı sual veriblər.

Nazir qeyd edib ki, hələlik belə bir sual (sülhməramlıların göndərilməsi ilə bağlı - red.) gündəmdə deyil.

“Dünən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Ermənistanın baş naziri KTMT-yə üzv dövlətlərin başçılarına Azərbaycan və Ermənistan sərhədindəki vəziyyət barədə məlumat verib.

Ümumiyyətlə, məlumat qəbul olundu və təbii ki, hər iki tərəfdən fərqli məlumatlar gəldiyi üçün obyektiv məlumat almaq istədik. Ona görə də, ümumiyyətlə, dövlət başçıları qərara gəldilər ki, KTMT-nin baş katibi həmin yerə getsin, yerindəcə tam görüntü alsın və sonra dövlət başçılarını məlumatlandırsın”, - deyə Muxtar Tleuberdi izah edib.

O əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya, demarkasiya edilmədiyindən çıxış etmək lazımdır, ona görə də hər hansı sərhəd pozuntusundan danışmaq çətindir.

“İndi birinci vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir. Biz (Qazaxıstan - red.) öz təcrübəmizi bölüşməyə hazırıq. Çünki biz sərhədimizi bütün quru və hətta dəniz sərhədi boyunca demarkasiya etmişik. Demarkasiya demək olar ki, Rusiyadan başqa bütün dövlətlərlə tamamlanıb. Rusiya ilə demarkasiya yəqin ki, 2-3 il çəkəcək”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, Ermənistan tərəf təxribatlar törədərək vaxt qazanmaq, beynəlxalq təşkilatlara, xarici ölkələrə erməniləri “qurban” kimi göstərmək, qəbul olunmuş bəyannamələrin şərtlərini yerinə yetirməkdən yayınmaq istəyir. Son bir ayda isə təxribatçılar daha da fəallaşıblar.

Sentyabrın 12-si  və 13-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Düşmən hücumunu dəf edərkən Azərbaycan Ordusunun 50 nəfər hərbçisi şəhid olub.

Ermənistan tərəfi həmişə olduğu kimi, feyk məlumatlar yaymağa, baş nazir Paşinyan isə beynəlxalq təşkilatlara müraciətlər ünvanlamağa, bir çox ölkələrin prezidentlərinə zəng etməyə başlayıb.

Nikol Paşinyan, həmçinin KTMT-yə də müraciət edib.

Halbuki Azərbaycan ərazilərinə təcavüz edən də Ermənistandır, hay-küy salan da. 

Qeyd edək ki, hazırda Ermənistan yenə də atəşkəsə əməl etmir və təcavüzkar ölkə silahları susdurmur...

 

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN