KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov xatırladıb ki, tərəflər atəşkəs barədə razılığa gəliblər, bu razılaşmaya əməl olunur.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Ermənistana göndərilməsi hələlik gündəmdə deyil.

Tezadlar.az xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə KTMT-nin Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorov deyib.

"Gəlin özümüzdən qabağa getməyək. Sentyabrın 13-də dövlətlərimizin başçıları yekdilliklə bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik üsullarla həll edilməlidir. Yəni, nə sentyabrın 13-də, nə dünən, nə də bu gün, həm də KTMT-nin iştirakı ilə hərbi gücdən istifadə etməkdən, məncə, yaxın gələcəkdə söhbət gedə bilməz”, - Sidorov deyib.

Sidorov xatırladıb ki, tərəflər atəşkəs barədə razılığa gəliblər, bu razılaşmaya əməl olunur.

“Ona görə də ümid edirik ki, proseslər bu şəkildə davam edəcək, onlar sülh yolu ilə, silahdan istifadə edilmədən həll olunacaq”, - qərargah rəhbəri əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN