Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Minq və YUNESKO-nun Özbəkistandakı nümayəndəsi Sara Noşədi iki təşkilat arasında 2023-2027-ci illəri əhatə edən əməkdaşlıq memorandumu imzalayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə cümə axşamı ŞƏT-in saytında dərc olunmuş məlumatda deyilir.

“Memorandum ŞƏT və YUNESKO arasında təhsil, elm, mədəniyyət, idman, kommunikasiya və informasiya sahələrində qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır”, - təşkilatın məlumatında deyilir.

Qeyd edək ki, sentyabrın 15-dən 16-dək Səmərqənddə ŞƏT sammiti keçirilir. Rusiyanı prezident Vladimir Putin təmsil edir.

Xatırladaq ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Hazırda təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin və Pakistan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi dövlətlər - Əfqanıstan, Belarus, İran və Monqolustan, dialoq üzrə tərəfdaşlar - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka. 2021-ci ilin sentyabrında Düşənbədə keçirilən ŞƏT sammitində İranın təşkilata qəbul edilməsi və Misir, Qətər və Səudiyyə Ərəbistanına dialoq üzrə tərəfdaş statusunun verilməsi proseduruna başlanılıb. Bu il Belarus ŞƏT-ə tamhüquqlu üzv kimi daxil olmaq üçün rəsmi müraciət edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN