Ermənistanın Azərbaycanla sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan 30 iyun 2003-cü il təvəllüdlü Rzayev Tərlan Pərviz oğlu doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb.

Tərlan Rzayevin dəfn mərasimində hərbçi dostları, şəhər icra hakimiyyətinin rəsmləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və minlərlə şəhər ictimaiyyəti iştirak edib.

Şəhid Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.

14 sentyabr futbol üzrə I divizion çempionatında növbəti 4-cü turu İmişlidə 6:0 hesablı qalibiyyətlə başa vurmuş  Mingəçeviri təmsil edən MİNGƏÇEVİR Futbol klubunun rəhbərliyi - Ruslan Həmidov və Zona 45 Fan klubunun bütün üzvləri bu gün - 15 sentyabrda şəhidimizin məzarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gəliblər. Mingəçevir Klubunun kollektivi adından hazırlanmış xatirə gül çələngləri şəhidin uyuduğu məzarı üzərinə qoyularaq, ona Allahdan rəhmət dilənib, ruhuna dualar oxunub.

Mingəçevir Klubunun rəhbərliyi - Rövşən Əhmədov, Ruslan Həmidov, baş məşqçi Azər Həşimov, məşqçilər korpusunun üzvü Samir Məmmədov və Zaur Qarayev torpaqlarımızın azadlığı uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Tərlan Rzayevin ailə üzvlərinə və doğmalarına başsağlığı verib, səbr diləyiblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!

Tezadlar.az saytı üçün hazırladı: Xəyyam Qurbanlı

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN