Məsuliyyətsizliyin pik həddi…

İranın “Ata Airlines” aviaşirkətinin sərnişin təyyarəsi uçuşdan yarım saat keçməmiş geri qayıdaraq İraqın Nəcəf hava limanında məcburi eniş edəsi olub.

 Bu barədə “Şəfəq” agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, təyyarə uçuş cədvəlinin sıx olması səbəbindən Nəcəf hava limanını tələsik tərk edib. Uçuşdan 20 dəqiqə sonra təyyarənin kapitanı təyyarəni idarə etməkdə çətinlik çəkdiyi üçün eniş tələb edib.

Sonradan məlum oldu ki, onlar baqaj bölməsinin lyukunu bağlamağı unudublar. Mənbə izah edib ki, bu səbəbdən təyyarə iki hissəyə parçalana və bu, çoxsaylı insan tələfatı ilə nəticələnən təyyarə qəzasına səbəb ola bilərdi.

Qeyd edək ki, indiyədək təyyarələrin məcburi eniş etməsi ilə bağlı (hətta başqa ölkələrin hava limanlarında) müxtəlif səbəblər olub: texniki nasazlıq, yanacağın tükənməsi, sərnişinlərdən kiminsə təcili həkim müdaxiləsinə ehtiyacı olması, pis hava şəraiti və ilaxır. Lakin tələskənlikdən baqaj bölməsinin lukunu -qapısını bağlamağı unutma halına rast gəlinməmişdi. Bu isə cavabdehlərin məsuliyyətsizliyindən xəbər verir, hansı ki, çoxlu sayda insan itkisinə səbəb ola bilərdi.

Və bunu heç bir bəhanə ilə izah etmək olmaz.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN