Ermənistanın baş naziri Nikol Paşinyan gecə saatlarında hazırda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti üçün Səmərqənddə olan Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və İrəvanın KTMT-yə müraciətini müzakirə ediblər.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-si axşamdan ordumuzun mövqelərini atəşə tutaraq təxribat törətməsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan haray-həşir salaraq, bir çox dünya liderlərinə zəng etmiş, həmçinin KTMT-yə də müraciət ünvanlamışdır.

Vəziyyəti yerində öyrənmək üçün KTMT-nin əməliyyat qrupu (monitorinq missiyası ilə) ötən gün İrəvana gəlib.

Heç kəsə sirr deyil ki, Paşinyan Vətən müharibəsi zamanı da Putinə tez-tez zəng etməsi ilə gündəmdə idi. Rusiya prezidentinin harda olmasından (tədbir, iclas, canlı yayım) asılı olmayaraq, Paşinyan ona zəng edirdi.

Və o zaman da, indi də Paşinyan KTMT qüvvələrini əraziyə cəlb etmək üçün çaba göstərib...

Onu da qeyd edək ki, hal-hazırda Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də həmin tədbirdə iştirak edir.

2001-ci ildə təsis olunan təşkilatın hazırda 8 üzvü var - Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan və Hindistan.

Həmçinin 4 müşahidəçi üzvü - Əfqanıstan, İran, Monqolustan və Belarusdur.  9 dialoq tərəfdaş ölkələr isə - Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanıdır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN