Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı

zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir.

Müdafiə Nazirliyinin məlumatına görə, ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN