Sentyabrın 17-də İrəvana gələn ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi

Ermənistanın Baş naziri Nikol Paşinyanla, müxalifət nümayəndələri ilə görüşlər keçirib və saxta göz yaşları tökərək, separatçı ermənilərə dəstək çıxdı. 85 yaşlı siyasətçi Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan ermənipərəst açıqlamalar verdi…

Nensinin gəlişi təkcə Ermənistanın başını sığallamaq idimi?

Bəzi siyasətçilərin fikrincə, ABŞ həm də Ermənistanı Rusiyadan “qoparmaq” üçün cənfəşanlıq edir və qıcıq verir…

Analitik Argişti Kiviryan isə hesab edir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin məqsədi İranı tam blokadaya almaq və erməniləri anti-İran cəbhəsinə cəlb etmək olub:

“Nensi Pelosi Cafesçyan İncəsənət Mərkəzinə getdi, Avarayr döyüşünü əks etdirən rəsmin yanında dayandı və burada ermənilərin farslara qarşı müharibəsinin təsvir olunduğunu söyləməyə başladı”, - deyə o, sosial şəbəkə hesabında qeyd edib.

Kiviryanın sözlərinə görə, ABŞ-ın hədəfi İrandır.

Bununla yanaşı, o, İranın Ermənistan naminə öz maraqlarına zidd addım atacağına da şübhə ilə yanaşır, çünki İrəvan ümidlərini Tehranın ən qatı düşməninə - ABŞ-a bağlayıb.

Analitikin fikrincə, “Qlobal nöqteyi-nəzərdən Tehranın, hətta kəskin addımlar atacağı təqdirdə Ermənistanda əməkdaşlıq edə biləcəyi tərəfdaşı yoxdur”.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN