Ukraynanın energetika naziri Herman Qaluşenko Cənubi Ukrayna Atom Elektrik Stansiyasına raket hücumundan sonra dünyanı terrorçu ölkəyə - Rusiyaya sərt cavab verməyə çağırıb.

Bu barədə o, Facebook səhifəsində yazıb.

"Bu gecə Cənubi Ukrayna Atom Elektrik Stansiyasına raket hücumu həyata keçirilib. Rusiya çarəsiz halda Avropanı enerji şantajında ​​heç olmasa müəyyən güzəştlərə nail olmaq üçün dünyanı nüvə fəlakətinin astanasına sürükləyir. Biz Rusiyanın enerji təcavüzünə qarşı mübarizədə Avropanın sabitliyini görürük. Lakin Ukraynada Rusiyanın nüvə terrorunu dayandırmaq zərurəti ikiqat səy tələb edir. Əgər “nüvə qışı” gəlsə, elektrik enerjisinin yüksək qiymətləri problemi aktuallığını itirəcək”, - Qaluşenko vurğulayıb.

Onun sözlərinə görə, dünya, nəhayət, terrorçu ölkəyə sərt cavab verməlidir.

"Hələ gec deyil və nüvə fəlakəti yalnız təhlükədir, təəssüf ki, hər gün daha da reallaşır", - nazir bildirib.

Xatırladaq ki, işğalçılar Cənubi Ukrayna Atom Elektrik Stansiyasını gecə saatlarında atəşə tutub, raket nüvə reaktorlarından 300 metr kənara düşüb.

Zərbə dalğası AES-in binalarına ziyan vurub, 100-dən çox pəncərə sındırılıb. Cənubi Ukraynanın enerji kompleksinə daxil olan Aleksandrovskaya SES-in hidroaqreqatlarından biri söndürülüb.

Daha sonra “Enerqoatom” şirkətindən bildirilib ki, səhər saatlarına Cənub AES-in hər üç enerji bloku adi iş rejimində işləyir. Stansiya əməkdaşları arasında itki yoxdur.

Şirkət həmçinin Cənub Atom Elektrik Stansiyasının sənaye zonasında düşmən raketinin gecə partlaması nəticəsində diametri 4 metr və dərinliyi 2 metr olan kraterin əmələ gəldiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN