Ukrayna hakimiyyəti Zaporojye vasitəsilə Kiyevin nəzarətində olmayan ərazilərə nəqliyyatın çıxışını dayandırıb.

Bu barədə Kiyevin nəzarətində olan Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

“Bu gün, sentyabrın 19-dan etibarən Zaporojye vilayətinin Vasilyevski rayonunun ayrıca müəyyən edilmiş ərazilərində fəaliyyət göstərən komendaturanın qərarı ilə nəqliyyat vasitələrinin (Kiyevin nəzarətində olmayan) əraziyə yola salınması ləğv edilib”, - o Telegram kanalında yazıb.

Gedişin hansı tarixə qədər dayandırıldığı göstərilməyib. Qayday vətəndaşlara Luqansk vilayəti administrasiyasının mesajlarına əməl etməyi tövsiyə edib.

Kiyev Zaporojye vilayətinin 72-73%-nə nəzarəti itirib. Region əhalisinin demək olar ki, yarısının yaşadığı Zaporojye şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN