Almaniya vədinə sadiq qalaraq Ukraynaya daha iki Mars II reaktiv raket sistemi (MLRS) və 50 Dingo zirehli maşını verəcək.

Bu barədə Almaniya Müdafiə Nazirliyi öz Twitter səhifəsində məlumat yayıb.

"Biz vədimizə əməl edirik! Ukraynaya daha iki Mars II reaktiv yaylım raket sistemi və 50 Dingo (zirehli maşın) verəcəyik", - hesabatda deyilir.

Eyni zamanda bildirilir ki, Ukrayna hərbçilərinin Almaniyada təlimi sentyabrın sonundan başlayacaq.

Qeyd edək ki, sentyabrın 15-də Almaniyanın müdafiə naziri Christine Lambrecht Mars II MLRS-i Kiyevə çatdırmaq niyyətində olduğunu açıqlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN