Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudaferin (www.xudaferin.eu) jurnalinin baş redaktoru Elman Mustafazadə Avropa mediasında Azərbaycana qarşı aparılan anti-təbliğatla bağlı bəyanat yayıb.

«Təzadlar»a göndərilən bəyanatda deyilir: «Bütün Avropanın kütləvi informasiya vasitələri, hökumət və qeyri-hökümət təşkilatları,  sanki üstümüzə gəlir, Azərbaycan diplomatiyası və diaspor təşkilatları isə fil qulağında yatmaqdadır... Bazar günü Apropada bütün dövlət müəssisələri bağlı olduğu halda, dövlətin pulu ilə fəaliyyət göstərən 3 diaspor "təşkilatı" isə 7 nəfərlə küçədə güya nümayiş keçirir. Min cür fırıldaqla Azərbaycan dövlətinin pulu ilə Türkiyədə özünə istirahət dairələri yaratmış, pul üçün hər cür rəzilliyə hazır olan bir dələduz isə Türkiyədən bəyanat verir ki, güya Niderlandın hüquq mühafizə orqanları tərəfindən təqib olunur və bu yalanı isə  Azərbaycan mətbuatı tirajlayir. Azərbaycan Respublikasına heç bir bağlılıcı olmayan bu adamın pulu qurtaran kimi, dərhal yalandan şou düzəldir ki, güya ermənilər tərəfindən təqib olunur və bu yolla Azərbaycan vətəndaşlarından və müəssisələrindən pul toplayır. Bu gün bütün dünyada diaspor təşkilatlarımiz, diplomatik korpuslarmiz, iqtidar-muxalifət fərqm qoyulmadan bütün soydaşlarımız həmrəylik nümayiş etdirməli, Qafqazda və Azərbaycanda hərbi təxribatlar törədən, daima müharibəni körükləyən Rusiyanı, İranı və bəzi Avropa ölkələrini, eləcə də 30 il torpaqlarımızı işğalda saxlamış erməni-rus biriliklərini ifşa etməlidir. Təklif edirəm Avropada Azərbaycan diplomatik korpuslarinda Rusiyanın beşinci kalonuna xidmət edən bütün diplomatlar uzaqlaşdırılsın və onların yerinə bir çox dil bilən millli gənclər cəlb edilsin. Bundan əlavə, başda Fuad Muradov olmaq şərti ilə Diaspor Komitəsindən Rusiyanın maraqlarına xidmət edən bütün kadrlar təcili, yubanmadan vəzifələrindən uzaqlaşdırılsınlar, komitəyə təcrübəli, qərəzsiz milli kadrlar cəlb edilsin. Əgər dediklərimə əməl olunmasa, bilin ki, gələcəkdə bizi böyük bəlalar gözləyir».

Bəli, Azərbaycanın xaricində baş verən son hadisələr sübut edir ki, diaspor quruculuğunda çətışmazlıqlar var. Mediada da yayımlanıb, ABŞ Konqresinə hər gün ermənilər tərəfindən Azərbaycan əleyhinə minlərlə şikayət göndərilir. Bəs biz niyə bunu edə bilmirik? Azərbaycanın Diaspor Komitəsi niyə bu istiqamətdə fəal siyasət yürüdə bilmir?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN