Xanım Nensi Pelosi sizin Ermənistana səfərinizi erməni millətinə olan sevginizi başa düşürük, amma Ermənistanda olarkən “Reuters”ə istinadəns verdiyiniz mesaj Azərbaycan millətini xeyli təcübləndirdi

Xanım Nelsi Pelosi, sizin dediklərinizi qısa şəkildə belə sistemləşdirmək olar:

  1. Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumların kəskin şəkildə pisliyərsiniz.
  2. Amerika Ermənistanın suverenliyinə dəstəkdir.
  3. 200-dən cox insanın həlak olduğu sərhəd toqquşması Azərbaycanın təşəbbüsüdür və bunu etiraf etməlidir.
  4. Sərhəddəki döyüşlərə azərbaycanlıların Ermənistana hücumu səbəb olub.

Xanım Nensi Pelosi, indi mən sizin dediklərinizə sizdən fərqli olaraq, tərəf saxlamadan tarixi faktlarla cavab verəcəyəm.

Siz Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumunu pisləyirsiniz. Bəs hansı sərhəddən danışırsınız???

Sovetlər birliyi dağılandan sonra sizin səfər etdiyiniz Ermənistan erməniləri hücum edib, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında olan 6 rayonu işğal etdilər. Bu Azərbaycan ərazisinin 20% deməkdir. Öz yurdundan torpağından qaçqın düşənlər 1 milyondan artıq idi.

Ərazi: 4.388 kv.km;

Sərhədin uzunluğu: 485 km;

Qacqın düşənlər: 1 milyon nəfər;

Həlak olanlar: 30 min nəfər;

Əlil olanlar: 50 min nəfər;

Əsir götürülüb geri qaytarılmayanlar: 6 011 nəfər;

Azərbaycana 100 milyardlarla ABŞ dolları dəyərində zərər dəymişdir.

2020-ci ildə 44 günlük savaşla Azərbaycan nəhayət, öz torpaqlarının cox hissəsini işgaldan azad etdi.

Siz qeyd etmisiniz ki, Amerika Ermənistanın suverenliyinə dəstəkdir. Amerika bütün dövlətlərin suverenliyinə dəstək olmalıdır. Çünki siz demokratiyadan cox danışirsınız. Əgər belədirsə,okeanın o tayından durub bura gələrək, burada heç bir şeyi araşdırmadan ermənilərin yalanlarını təkrarlamaq, ən azı  sizə pis bir rəyin formalaşmasıdır. Sərhədi 30 ildir ermənilər pozur. Azərbaycan torpaqları 30 il işğalda qaland, yuxarda geyd etdiyim kimi, 1 milyon qacqını olanda, elə indi də var, siz susmuşdunuz. Ermənilər 30 il ərzində Qarabağı viran edib, xaraba qoyublar. Azərbaycanın suverinliyi düz 30 il pozulurdu.

Bu müddət ərzində biz əvvəlki ABŞ rəsmilərindən və sizdən ermənilərin əleyhinə heç bir cümlə də eşitmədik. Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağda, bizim öz torpağımız olan Xocalı şəhərində 613 dinc insanı vəhşicəsinə qətlə yetirdilər,1275 nəfəri əsir götürdülər, 487 nəfər  isə ağır  yaralanmışdı. Nədənsə, xanım Nensi Pelosi biz sizin bu hadisələrdə səsinizi eşitmədik? BMT- nin işğalla bağlı 4 qətnaməsi,  822, 853, 874, 884, qəbul olunmuşdur.

Təəssüflər olsun ki, qəbul etdiyiniz qətnamələr kağız üzərində qaldı. 30 ildən sonra Azərbaycan məcbur qalıb özü BMT-nin qətnamələrini icra etdi.

ATƏT-in Minsk qrupunun üzvülərindən biri də sizin dövlət Amerika idi. 30 ildə heç bir iş görmədiniz.Yalnız Ermənistanın işğal siyasətinə haqq qazandırdınız. Qeyd etdiyiniz sərhəd toqquşmasını, atəşkəsin pozulmasını, biz demək olar ki, ilin bütün fəsillərində, ayın bütün günlərində erməni terrorçularından  görmüşük. Axırıncı erməni təxribatında sentyabırın 12- də, 80-ə yaxın Azərbaycan əsgəri həlak olub və 282 əsgər yaralanıb.

Həmin sərhəd dediyiniz yer də Azərbaycana ərazisinə aiddir. Kecmiş sovetlər birliyinin başında duran Lenin, Stalin erməni millətcilərinin köməkliyi ilə Türkiyə ilə Azərbaycanın arasını kəsib Azərbaycana aid olan torpaqları Zəngəzuru Ermənistana zornan vermişdi. Nəticədə Ermənistana İranla sərhəd qazandı.Nəticədə 100 minlərlə soydaşımız öz dədə-baba torpaqlarından govulmuşdu. Bu elə də uzaq tarix deyil. Bunlar 1920-ci il 14 iyulda baş verib.

Sonrakı illərdə Sovet Rusiyası Azərbaycanın ərazisi olan  Zəngəzur bölgəsini də  Ermənistana verdi.

Elə Xanım Nensi Pelosi, sizin də Yerevandan mesaj verdiyiniz yerin adı İrəvandır. İrəvan Ermənistana 1918- ci ildə, Azərbaycana təzyiq nəticəsində verilib ki, torpaq idialarından əl cəksinlər. Buna baxmayaraq sizin kimi havadarların sayəsində zamanla Azərbaycan torpağlarını işğal edə - edə Ermənistan deyilən bir dövlət qura biliblər.

Ukraynada olan Rus işğalını və təcavüzünü qəbul edirsiniz.

Gürcüstanda olan Rus işğalın qəbul edirsiniz.

Biz də qəbul edirik. Amma nədənsə, Ermənistanın Azərbaycana olan işğalını və təcavüzünü hələ də öz adı ilə çağıra bilmirsiniz. Bu ikili standartlar dünyada Amerikanın demokratik imicinə  kölgə salır axı. Siz əgər haqq ədalət istəyirsinizə , Qafqazda söz sahibi olan Azərbaycana və gonşu Gürcüstana da səfər etməliydiniz. Öz gözlərinizlə həqiqətləri görəydiniz. Təəssüflər olsun ki, işğalcı Ermənistana səfər edib, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan erməni millətçilərinə dəstək verdiniz. Millətci erməni terrorçularının sayəsində sovetlər birliyi dağılandan sonra, hələ də sərhədlər müəyyən olunmayıb. Sərhəddə Delimitasiya və Demarkasiya işlərini məhz  Ermənistan ləngidir. Sülh sazişini imzalamaqdan imtina edir. Bilirsiz niyə? Ona görə ki, bütün bunlara əməl etsə, sizin sərhəd dediyiniz ərazilərdə sovet xəritəsinə uyğun olaraq, Azərbaycana geri qaytarılacaq. Əgər 1918- ci ilin xəritəsiylə sərhədlər dəqiqləşsə, onda İravan, yəni sizin gəldiyiniz Yerevan da onların əlindən gedə bilər.Yox əgər Sovet xəritəsiylə dəqiqləşşə, onda 1920-ci ilin xəritəsi ilə Zəngəzur deyilən yer də Azərbaycana qaytarılmalıdır. Bu acı olan həqiqətləri siz də və bütün dünya da qəbul etməlidir. Xanım Nensi Pelosi, mən sizə ayrı seckilik qoymadan həqiqətin yanında yer almağı arzu edərdim. Yersiz tərəfini tutduğunuz Ermənistan, Azərbaycan torpaqlarından Amerika və Rus dövlətinin dəstəyi ilə yaradılıb. Bu xəritələr, dünyanın bir cox əlyazma insitutlarında saxlanılır. İstəsəniz bunları siz də görə bilərsiniz. Bir neçəsini mən də sizə hədiyyə edə bilərəm. Siz Demokratiya ilə Avtokratiya arasında secim qarşısında qalanda, Demokratiyanı secdiyiniz kimi, Doğru ilə Yalanın arasında qalanda sizə doğrunu secməyi arzu edirəm.Okeanın o tərəfindən gəlib Işğalcı Ermənistanı qızışdırıb, "Amerika sizin tərəfinizdədir" söyləmək, eskalasiyanın başlanması deməkdir. 2020-ci ildə olan 44 günlük müharibə onu göstərdi ki, Azərbaycan öz müstəqil dövlətini gorumağa qadirdir və bundan sonra da dövlətimizə qarşı uzanan əllər kəsiləcək.

18.09.2022

Asəf Əskər,

Almaniya,

Xudaferin.eu

Hazırladı və təqdim etdi: Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN