Donetsk vilayətində rus döyüşçüləri ötən sutka ərzində - sentyabrın 20-də 6 dinc sakini öldürüb, daha 20 nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko Telegram-da məlumat verib.

"Sentyabrın 20-də ruslar Donetsk vilayətində 6 dinc sakini öldürdülər: Baxmutda 2, Toretskada 1, Drujbada 1, Georgiyevkada 1 və Velyka Novoselkada 1 nəfər. Daha 20 nəfər yaralanıb...", - rəsmi məlumatda bildirilir.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya soxulub, hərbi və mülki obyektləri atəşə tutub, hücuma keçərək dinc yaşayış məntəqələrini nəzarətə götürüb. Yalnız Donetsk vilayətinin Mariupol şəhərində rusların qurbanı olan on minlərlə insan var.

İyulun sonunda Nazirlər Kabineti Donetsk vilayətinin işğal olunmamış ərazilərinin sakinlərinin təxliyəsi üçün Qərargah yaradıb. Hakimiyyət istilik mövsümü başlamazdan əvvəl insanların məcburi təxliyəsini tətbiq etdi.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN