“Əgər hərbi komissarlıq axtarırsa, deməli, bu, onların ekstradisiyası üçün hüquqi əsas deyil”.

Qazaxıstan Respublikasının daxili işlər naziri Marat Axmetjanov sentyabrın 21-dən sonra ölkəni tərk etmiş kişilərin Rusiya hakimiyyətinə ekstradisiya edilməsi məsələsini şərh edib.

“Mən səfərbərlikdən yox, qeydiyyata alınan, sanksiyalaşdırılan və onların iştirakçıları beynəlxalq axtarışa verilən cinayətlərdən danışıram. Əgər hərbi komissarlıq axtarırsa, deməli, bu, onların ekstradisiyası üçün hüquqi əsas deyil”, - deyə Marat Axmetjanov bildirib.

DİN rəhbəri qeyd edib ki, hüquqi yardımın göstərilməsi, məhkumların dəyişdirilməsi və cinayətkarların ekstradisiyası proseduru var və şəxslər cinayət əməllərinə görə beynəlxalq axtarışa verildiyi təqdirdə, Qazaxıstan onları müəyyən edib Rusiya Federasiyasına ekstradisiya edəcək:

O, vurğulayıb ki, səfərbərlikdən yayınma, fərariliyə görə cinayət işi başlandıqda şəxs beynəlxalq axtarışa verilir və bu əməl Qazaxıstanda da cinayət sayılır.

“Pozucuya qaçqın statusu verilmədikdə və şəxsin ekstradisiyasını məhdudlaşdıran bir sıra istisnalar olmadıqda, onu sorğu edilən tərəfə təhvil verməyə borcluyuq”, -deyə nazir açıqlayıb.

 Xatırladaq ki,  Rusiya prezidenti Vladimir Putin 2022-ci il sentyabrın 21-dən ölkədə qismən səfərbərlik elan edib.

Və səfərbərlikdən yayınmaq istəyən rusiyalıların vizasız ölkələrə, o cümlədən Qazaxıstana da axını artıb.

 Qazaxıstan mətbuatının yazdığına görə, Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri hər iki ölkənin kifayət qədər çox vətəndaşı - ən azı 200 min nəfəri Qazaxıstana köçüb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN