Ukrayna hakimiyyəti Moldovanı Dnestryanıda güc tətbiq etməyə təhrik etməyə çalışır.

Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk deyib.

"Aprel-iyun aylarında Dnestryanıda silsilə terror aktları törədilib, onların izləri, necə deyərlər, Tiraspolda Ukraynaya aparır. Eyni zamanda, Kiyev Rusiya hərbçilərindən gəldiyi iddia edilən təhlükə ilə bağlı tezisləri irəli sürür. Məqsəd bəllidir - Moldova hakimiyyətini (Dnestryanıda) güc tətbiq etməyə təhrik etmək”, - o bildirib.

Polişçuk qeyd edib ki, Pridnestrovie ətrafında vəziyyətin gərginləşməsi təhlükəsi qalmaqdadır: “Bu, xarici qüvvələrin, ilk növbədə, Kiyevin regionda vəziyyəti sarsıtmaq cəhdləri ilə bağlıdır.

Diplomatın sözlərinə görə, “Dnestryanı məsələnin həllində 5+2 formatına alternativ yoxdur”.

“İşdə fasiləyə baxmayaraq, (5+2 formatı) Dnestryanı problemin hərtərəfli həllini axtarmaq mümkün olan yeganə çoxtərəfli mexanizm olaraq qalır”, - o izah edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN