Narkomaniya ilə mübarizə bu gün Daxili işlər orqanları əməkdaşlarının ən mühüm vəzifə sferasına aiddir...  Tezadlar.az Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadla bildirir ki, polis əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkar edilib. Və bu faktlar əsasında 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Acı da olsa deməliyik ki, onların 160 nəfəri qadındır. Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb.
Nə qədər ki, cəmiyyət bu mübarizədə daxili işlər orqanlarının əməkdaşları ilə birgə, yanaşı deyil, narkomaniya can almaqda, ailələri bədbəxt etməkdə davam edəcək... Gəlin gələcəyimiz naminə bu mübarizədə birgə olaq.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN