Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Ukraynada ədalətli sülh yalnız diplomatiya yolu ilə əldə edilə bilər.

Tezadlar.az xəbər verir ki, o, bu fikri Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (QFETM) sammitində bildirib.

Onun sözlərinə görə, Türkiyənin Ukraynadakı münaqişə ilə bağlı vəziyyətdə məqsədi “əldə edilmiş sürəti saxlamaq” və “yerdəki çətinliklərə baxmayaraq, axan qanı ən qısa zamanda dayandırmaqdır”.

Ərdoğan hesab edir ki, ötən ay baş verən məhbus mübadiləsi diplomatik sahədə nailiyyətlərin göstəricisidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN