Ukrayna prezidenti Vladimir Zelenski ölkə hökumətinə Belarusla vizasız rejimin ləğvi məsələsinə baxmağı tapşırıb.

Təklifli petisiya iyulun 7-də Ukrayna prezidentinin saytında qeydə alınıb və 25 mindən çox səs toplayıb. Zelenskinin petisiyaya cavabı prezidentin saytında dərc olunub.

Zelenski Belarus vətəndaşlarının Ukrayna ilə sərhədi keçməsinə nəzarətin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarət etdiyini vurğulayıb.

Xatırladaq ki, oktyabrın 10-da Lukaşenko Rusiya və Belarusun birgə regional qoşun qruplaşmasından istifadə etməyə başladığını bəyan etmişdi. Belarus lideri əlavə edib ki, təhdid səviyyəsi indiki səviyyəyə çatarsa, İttifaq Dövlət qrupu işə cəlb olunacaq. Lukaşenkonun sözlərinə görə, qrupun əsasını Belarus Silahlı Qüvvələri təşkil edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN