NATO artıq Ukraynada iflasa uğrayıb, çünki alyansın ölkəni “anti-Rusiya”ya çevirmək layihəsi iflasa uğrayıb.

Bu açıqlama ilə Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko çıxış edib.

"NATO artıq Ukraynada məğlub olub. Bu məğlubiyyət Ukraynanın “anti-Rusiya”ya çevrilməsi layihəsinin iflası ilə bağlıdır, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini TASS-a müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberqin son bəyanatını şərh edərkən bildirib.

Stoltenberq bildirib ki, Rusiyanın Ukraynada qələbəsi “NATO-nun məğlubiyyəti” demək olacaq.

Qruşko Ukraynada münaqişənin gərginləşməsi ilə bağlı NATO xəttinin davam etdirilməsinə işarə edib. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı payı artırır.

Daha əvvəl Rusiya Federasiyası başçısının mətbuat katibi Dmitri Peskov Stoltenberqin sözlərini şərh edərək, bunu NATO-nun Ukraynanın tərəfində vuruşduğunun etirafı adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN