Azərbaycan mediasında ölkəmizin müstəqillik günü ərəfəsində İranın Azərbaycanla sərhəd bölgəsində hərbi təlimlərə başlaması barədə məlumatlar yazıldı...

Ciddi narahatlıq doğuran bu məsələyə sərt reaksiya da verildi. lakin rəsmiyyət bu məsələyə aydınlıq gətirmədiyindən məsələ diqqətlə izlənilməkdə idi.

Nəhayət, bu gün məlum oldu ki, İran Silahlı Qüvvələrinin şimal-qərb bölgəsində manevr və təlimləri (bu yaxınlarda Ermənistanla sərhəddə başlayıb) İran Silahlı Qüvvələrinin illik fəaliyyət təqviminə və dövri təlimlərə uyğun həyata keçirilir. Bu barədə Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsinin səbəbilə bağlı "Turan" Agentliyinin sorğusuna cavab olaraq İranın Bakıdakı səfirliyinin 19 oktyabr tarixli məlumatında qeyd olunur. Sitat: “Azərbaycan Respublikası ilə dostluq və qardaşlıq münasibəti nəzərə alınaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib. Bu notadan əlavə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytant Baqerinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülüb ki, hazırda bunlar həmin təlimlərdə yerinə yetirilir... İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlər daima düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”.

Bəli, rəsmiyyətdə də qeyd olunduğu kimi, müsəlman ölkəsi olan İran dost və qardaş olaraq qalır. Lakin təəssüflər olsun, dost və qardaş İran Azərbaycanın tarixi düşməni olan Ermənistana məxsusi diqqəti ilə diqqəti çəkir. 2-ci Qarabağ müharibəsində də bu hiss olundu. İnanmaq istərdik ki, rəsmi dildə deyilən bu dost və qardaşlıq real fəaliyyətdə də təsdiqini tapmış olsun.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN