Avropa Komissiyası İtaliyanın keçmiş baş nazirini Rusiya prezidenti Vladimir Putinin bağışladığı arağa görə Aİ sanksiyalarını pozmaqda ittiham edib.

Bu barədə Almaniyanın "Spiegel" jurnalı yazıb.

Bildirilir ki, Berluskoni sentyabr ayında 86 yaşını qeyd edib və Putin ona hədiyyə olaraq 20 şüşə araq göndərib.

“Avropa Komissiyasının mətbuat katibinin Almaniya Mətbuat Agentliyinin müraciəti əsasında təsdiq etdiyi kimi, 2022-ci ilin aprelində Rusiyadan Aİ-yə malların, o cümlədən spirtli içkilərin, həmçinin arağın idxalına qoyulan qadağanın uzadılması qərara alınıb”, – qəzet yazır.

AK sözçüsü onu da vurğulayıb ki, Aİ hədiyyələr üçün heç bir istisna nəzərdə tutmayıb. Sanksiyaların həyata keçirilməsinə isə Aİ-yə üzv dövlətlər cavabdehdir.

Jurnal sanksiyaları pozduğuna görə İtaliyanı və ya Berluskoninin özünü nə ilə təhdid edə biləcəyini dəqiqləşdirmir. Amma vurğulanır ki, siyasətçi Putini “ən yaxşı beş dostundan biri” adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN