Ötən gün Azərbaycanda yol qəzası keçirən AK Partiya sədr müavini Binəli Yıldırımı daşıyan təcili yardım təyyarəsi İstanbula çatıb.

Bu barədə haberglobal məlumat yayıb.

Məlumata görə, Bakıdan yola düşərkən, içərisində AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirci ilə yanaşı, qəza maşınında olan Yıldırımın da olduğu təyyarə Atatürk Hava Limanına enib.

Binəli Yıldırımı Baş Aviasiya Terminalında İstanbul valisi Əli Yerlikaya, İl Təhlükəsizlik Müdiri Zəfər Aktaş, AK Partiya İstanbul İl sədri Osman Nuri Kabaktepe və keçmiş nazir Əhməd Arslan gül-çiçəklə qarşılayıblar.

Yıldırım, Ayrım və Dəmirci təcili yardım maşınları ilə Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına aparılıb.

Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycana gedən Yıldırım və Ayrımın olduğu avtomobil dünən Cəbrayıldan Zəngilana gedən yolda qəza törədib.

Yıldırım və Ayrım helikopterlə Bakıya gətirilib və onlara tibbi yardım göstərilib.

Xatırladaq ki, bu gün, oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN