Paşinyan: “...Biz Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyi ilə bağlı razılığa gəlmişik”.

Ermənistanı baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu açıqlayıb.

Nikol Paşinyan bəyan edib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir.

"Mən istərdim ki, bu, ilin sonuna qədər imzalansın. Bu, nə dərəcədə realdır? Bu suala belə cavab verərdim: Hökumət və mən bunun reallaşması üçün hər cür səy göstərəcəyik", -deyə Paşinyan bu gün hökumətin iclası zamanı deyib.

Ermənistanın baş naziri, həmçinin qeyd edib ki, sərhədin delimitasiyası ilə bağlı bir mühüm hal var. "Ümid edirik ki, bu, mühüm nüansdır ki, delimitasiya işləri sülh müqaviləsi imzalanana qədər tamamlanacaq. Bu nə dərəcədə realdır? Nəzərə alsaq ki, biz Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyi ilə bağlı razılığa gəlmişik, o zaman bu, real ola bilər, çünki bu sərhədlər məlumdur”, - deyə  Paşinyan bildirib.

Xatırladaq ki, bir müddət əvvəl  Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da açıqlama vermişdi ki, bununla bağlı müzakirələr aparılıb.

 “Biz sülh sazişinin bağlanması şərtlərini müzakirə etdik, yəni ilin sonuna kimi razılaşmamız olacaq. Delimitasiya məsələsində də razılıq əldə olunub ki, delimitasiya ilin sonuna qədər baş tutsun”,- deyə vəd etmişdi.

Və bu vədin Ermənistan tərəfindən yerinə yetirilib-yetirilməyəcəyi isə sual altındadır.

Azərbaycan tərəfi isə hələ ki, gözləyir…

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN