REN TV Krasnoyarsk diyarında çoxuşaqlı ananın bir yaş yarım qızını vanna otağında boğduğu dəhşətli qətlin təfərrüatlarını açıqlayıb. Məlum olub ki, qadın atasının ona ehtiyacı olmadığı üçün körpədən xilas olmaq qərarına gəlib.

Faciə oktyabrın 26-da Koşurnikovo kəndində baş verib.

Bildirilir ki, qadın qızı ilə birlikdə keçmişdə birgə yaşadığı uşağın atasına baş çəkməyə gəlib. 42 yaşlı kişi onları evdə qoyub və özü balıq tutmağa gedib. Ana atasının körpəyə ehtiyacı olmadığına qərar verib və bundan sonra qızdan qurtulmaq qərarına gəlib. Qadın qızını çimizdirməyə başlayıb, sonra onu suyun altına salıb nəfəsi kəsilənə qədər orada saxlayıb.

Bundan sonra qatil ana polisə zəng edərək əməlini etiraf edib.

Qadın saxlanılıb, “Azyaşlının qətli” maddəsi ilə iş başlanıb. Faktla bağlı Kuraqinski rayonlararası istintaq şöbəsi araşdırmalara başlayıb.

Qeyd edək ki, qadının ilk evliliyindən daha iki uşağı var: 14 yaşlı oğlan və 10 yaşlı qız yetkinlik yaşına çatmayanlar sosial müəssisəsinə yerləşdirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN