"Kamaz"ı polislərin üzərinə sürən ata və oğul saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib

Beləki, 24.10.2022-ci il tarixdə “Kamaz” markalı, 50-BN-503 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Kamandar Alı oğluna və onun sağlamlıq imkanları məhdud olan, sürücülük hüququ olmayan oğlu “Kamaz” markalı,44-CD-413 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Taleh Kamandar oğluna Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayının 7-ci taqımının Kürdəmir və Hacıqabul rayonları ərazisində yerləşən stasionar postlarında “saxla” işarəsi verilsə də onlar buna məhəl qoymayaraq nəqliyyat vasitələrini polis əməkdaşlarının üzərinə sürərək hərəkətlərini davam etdiriblər.

Daha sonra görülmüş tədbirlər nəticəsində ata və oğlu saxlanılaraq barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə K.Məmmədov barəsibdə inzibati həbs tətbiq edilib, oğlu T.Məmmədovun isə sağlamlıq imkanının məhdud olması nəzərə alınaraq o, iki yüz manat məbləğində cərimə edilib.

VİDEONU İZLƏMƏK ÜÇÜN AŞAĞIDAKI LİNKƏ DAXİL OLUN:

https://newstube.az/videos/138677/

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN