Livan və İsrail arasında dəniz sərhədinin demarkasiyasına dair sazişin qüvvəyə minməsi münasibətilə keçirilən yekun mərasim cümə axşamı günü BMT sülhməramlılarının Ras-en-Nakuredəki qərargahında başa çatıb.

Bu barədə TASS-a Livandakı diplomatik mənbə məlumat verib.

“Livan və İsrail nümayəndə heyətləri imzalanmış sənədləri BMT-nin xüsusi əlaqələndiricisi Coanna Vronetskayaya təhvil veriblər”, - deyə mənbə bildirib.

Mərasimdə tərəflər arasında vasitəçi kimi çıxış edən amerikalı emissar Amos Hawksteen, həmçinin ABŞ və Fransa səfirləri iştirak ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN