FTX Stavropol diyarında ukraynalı millətçilərin tərəfdarları tərəfindən hazırlanmış terror aktının qarşısını alıb.

FTX-nin İctimai Əlaqələr Mərkəzindən TASS-a verilən məlumata görə, dörd nəfər həbs edilib.

"Federal Təhlükəsizlik Xidməti Stavropol diyarında terror aktı törətməyi planlaşdıran mütəşəkkil dəstənin (4 nəfərdən ibarət) qanunsuz fəaliyyətini dayandırıb. Müəyyən edilib ki, saxlanılan şəxslər Ukrayna millətçi təşkilatlarının ideologiyasının tərəfdarları olmaqla regiondakı inzibati obyektlərdən birində terror aktı törətməyi planlaşdırıblar”, - məlumatda qeyd edib.

Faktla bağlı qrup üzvlərinə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205 "Terror aktı". "Şübhəlilər saxlanılaraq nəzarətə götürülüb", - FTX bildirib.

Saxlanılan şəxslərin yaşayış yerlərində, habelə Stavropol diyarının Predqornı rayonunda onların təchiz etdikləri gizləndiyi yerdə axtarış zamanı FTX əməkdaşları odlu silahlar, partlayıcı qurğular, kütləvi iğtişaşların təşkili üzrə cihaz və metodiki ədəbiyyat, yandırıcı qarışıq hazırlamaq üçün komponentlər və əldəqayırma partlayıcı maddə aşkar edərək götürüblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN