Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə keçiriləcək üçtərəfli görüşdə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlılarının mandatının 20 ilə qədər uzadılmasına dair sənədi imzalamağa hazırdır.

O, bu barədə Mülki Müqavilə Partiyasının qurultayındakı çıxışında deyib.

"Biz istəyirik ki, Rusiya sülhməramlıları öz missiyalarını davam etdirsinlər. Mən Soçidə sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazıram. Mən təklif edirəm ki, Rusiya prezidenti belə bir təşəbbüslə çıxış etsin. Bu təklifi mən özüm verə bilərəm, amma Rusiya tərəfi bunu dəstəkləməlidir”, - Paşinyan bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN