Rusiyanın Soçi şəhərində keçirilən üç tərəfli görüş ərəfəsində erməni lobbisinin təsiri altında olanlar daha da aktivləşiblər.

Bunu millət vəkili Vüqar Bayramov bildirib.

 Millət vəkili vurğulayıb ki,  Irəvan da daxil olmaqla fərqli paytaxtlardan gələn açıqlamalar sülh deyil, daha çox yenidən münsaqişə istiqamətində fokuslaşıb.

 O, Ermənistanın Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımasını xatırladaraq bildirib ki, Tehranda və Moskvada bəzi dairələr iki ölkə arasında sülhün əldə olunmasının əleyhinədir, bu istiqamətdə də təbliğat aparırlar.

“Praqa Sammitində əldə edilən razılaşmadan sonra, nəinki Rusiya və İran paytaxtlarında Cənubi Qafqazda sülhün əldə edilməsinə qarşı təbliğat aparılır, hətta bəzi dairələr yenidən münaqişənin alovlanmasında da maraqlı görsənirlər. Praqada Ermənistan Alma-Ata Protokoluna əsasən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb.

21 dekabr 1992-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzladığı bu sənədlə dövlətlər qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar”, - deyə Vüqar Bayramov bildirib.

 Millət vəkili radikal və revanşist düşüncəli ermənilərin olmasına rəğmən, artıq Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqlarını da nəzərə çatdırıb.

“Ermənistanın o zamankı Prezidentinin imzası da məhz ölkəsininin MDB dövlətlərinin ərazi bütövlüyü və suverenliyini tanıması demək idi. Sonradan Ermənistan digər beynəlxalq qətnamələrə məhəl qoymadığı kimi, öz imzasını da unutdu. Amma Praqada dördtərəfli görüşün yekun açıqlaması məhz İrəvanın həmin sənədə yenidən qayıtması anlamına gəlirdi. Bu isə o deməkdir ki, revanşist meyillərə baxmayaraq, İrəvan üçün də Qarabağ Azərbaycandı. Və Qarabağ hər zaman Azərbaycan olacaq”, - deyə vurğulayıb.

Bəli, ermənilər də nəhayət, özgə torpaqlarında "at oynatmağ"ın mümkünsüzlüyün tam dərk etməli və əgər dinc şəraitdə yaşamaq istəyirlərsə, sülhün bütün tələblərinə- şərtlərinə əməl etməlidirlər. Nə qədər ki, gec deyil...   

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN