Ekspert təklif verdi: AYRICA TƏCRİDXANA TİKİLSİN

“Əvvəllər məhkum olunmuş 4 minədək şəxs narkotik vasitələrlə bağlı təkrar cinayət hadisələri törədiblər.”

Bunu “Poisə Dəstək” İB-nin sədri, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev TEZADLAR.TV-nin efirində onun fəsadları və mübarizə yollarından danışarkən bildirib.

“Ümumiyyətlə, narkotik vasitələrdən asılı olan şəxslərin islah olunması mümkün deyil, o, müalicə olunmalıdır. Rəsmi məlumatlara görə , cari ildə ölkəmizdə 34 mindən bir qədər çox narkotik vasitələrdən asılı olan şəxslər qeydiyyatdadır. Onlardan 594 nəfərini qadınlar, 19 nəfərini isə yeniyetmələr təşkil edir”, -deyə o, bildirib.

Onun sözlərinə görə, 2019-cu ildən bəri bu say artan xətt üzrə davam edir.

“Doğrudan da narahat olmağa əsas var. Amma narkotik aludəçiləri həm də xəstə olduğu üçün o, dövlətin vətəndaşı olaraq müalicə olunmalıdır. Onu penitensiar xidmətdə quldurluq, soyğunçuluq, qəsdən adam öldürən qatillərlə qapalı bir tədricxanada bir yerdə saxlamağa ehtiyac yoxdur. O, orada islah olunmayacaq. Mən təklif edirəm ki, bu tip insanlar üçün ayrıca cəzaçəkmə müəssisəsi tikilsin.

Onların sayı 5 minədəkdir. 1800 nəfərdən çoxu istintaqı yekunlaşmamış istintaq təcridxanalarında olan şəxslərdir. Ona görə də bu şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsi tikilməlidir. Nəzərə alaq ki, bu şəxslər də hansısa ailənin övladıdır, hansısa təhsil ocağının tələbəsidir, hansısa kollektivin üzvüdür... və ən başlıcası dövlətin vətəndaşıdır. Dövlət öz vətəndaşına bu qədər biganə qala bilməz. Etiraf edim ki, təkçə mən yox, bütün ekspertlər hesab edirlər ki,  penitensiar xidmətin cəzaçəkmə müəssisələrində belə məhkumlar islah olunmurlar.

Çünki nə qədər ayıq-sayıq olsalar da, orda ya ələ alınmış işçilər var, ya da hansısa yollarla təcridxanaya narkotik vasitələr keçirilir...  Ona görə də ayrıca təcridxana tikilməlidir ki, ayrıca da nəzarət olsun. Bu insanlarla təlim keçmək lazımdır, onlar müalicə olunmalıdır.”, - Şəmsəddin Əliyev deyib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN