Ukrayna Ali Radası deputatlar Vadim Rabinoviç və İqor Vasilkovskinin səlahiyyətlərinin ləğvi barədə qərar qəbul edib.

Bu barədə deputat Yaroslav Jeleznyak bildirib.

Xəbəri RİA Novosti yayıb.

Jeleznyak qeyd edib ki, əvvəllər Rabinoviç və Vasilkovski Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən vətəndaşlıqdan məhrum ediliblər.

“Müvafiq qətnamələr üçün - 292 və 304 səs. Beləliklə, indi Radada 417 xalq deputatı qalıb”, - deyə ukraynalı deputat bildirib.

İki ukraynalı parlamentaridən başqa, Zelenski iyul ayında oliqarx İqor Kolomoyski və iş adamı Gennadi Korbanı vətəndaşlıqdan məhrum edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN