Özbəkistan və Qırğızıstan sərhədin bir neçə sahəsi üzrə saziş və Əndican su anbarının su ehtiyatlarının birgə idarə olunması haqqında saziş imzalayıb.

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Noyabrın 3-də iki ölkənin xarici işlər nazirləri arasında danışıqların növbəti raundu baş tutub.

“Dövlət sərhədi xəttinin hüquqi qeydiyyatının bərabərlik, qarşılıqlı fayda və mehriban qonşuluq prinsipləri əsasında başa çatdırılmasının həm iki ölkənin, həm də bütün Mərkəzi Asiyanın maraqlarına uyğun olduğu vurğulanıb”, - XİN-dən bildirilib.

Bundan əlavə, tərəflər yüksək səviyyəli tədbirlərin, o cümlədən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qırğızıstana gözlənilən səfərinin hazırlanmasını müzakirə ediblər.

Sentyabrda Qırğızıstan-Tacikistan sərhədində silahlı toqquşma olub. Qırğızıstan sərhədçilərinin bildirdiyinə görə, münaqişə “dövlət sərhədinin təyin olunmamış hissəsində döyüş mövqelərini tutan” Tacikistan Sərhəd Qoşunlarının bir dəstəsi tərəfindən başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN