Noyabrın 4-nə keçən gecə ruslar Zaporojye vilayətinə raket zərbəsi endiriblər.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Staruxun Telegram-da verdiyi məlumata görə, ruslar gecə saatlarında S-300 raketləri ilə Zaporojye vilayətinin yaşayış məntəqələrinə hücum edib.

"Raketlərdən birinin vurulması nəticəsində açıq ərazidə olan qaz borusu zədələnib. Yanğın baş verib, xilasedicilərimiz tərəfindən söndürülüb", - məlumatda deyilir.

Starux əlavə edib ki, ilkin məlumatlara görə, itki yoxdur.

Rusiya Ukraynanı S-300 raketləri ilə vurub

Noyabrın 4-nə keçən gecə ruslar Nikolayevə S-300 raketləri atıblar. Atışma nəticəsində anbar, inzibati bina və avtomobillər dağılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN