Ukrayna Hesablama Palatasının rəhbəri Valeri Patskan istefa verib.

Bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko özünün Telegram-kanalında məlumat verib.

“Hesablama Palatasının rəhbəri Valeri Patskan istefa ərizəsi yazıb”, - o yazıb.

Onun sözlərinə görə, əvvəllər Patskan qanunsuz olaraq mənzil üçün kompensasiya almaqda ittiham olunduqdan sonra ərizə verib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosu Hesablama Palatasında yüksək vəzifə tutan keçmiş deputatlardan birinin mənzil kirayəsi üçün qanunsuz ödənişlər almaqda ittiham olunduğunu bildirmişdi. Ukrayna mətbuatı söhbətin Patskandan getdiyini yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN