Kibri: İRAN HAKİMİYYƏTİ ÖZLƏRİNİN YARATDIĞI PROBLEMLƏRLƏ MÜBARİZƏ APARIR.

ABŞ prezidenti Co Bayden İranın “tezliklə azad olunmasından” danışaraq, bununla da iranlı nümayişçilərlə həmrəy olduğunu bildirib.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.

"Prezident etirazçılarla həmrəy olduğumuzu ifadə etdi... açıq şəkildə bildirdi ki, biz dinc şəkildə etiraz etməyə çalışan iranlı kişi və qadınları dəstəkləyirik", -deyə Kibri Baydenin sözlərinə aydınlıq gətirməyə çalışıb.

Kirbinin fikrincə, İran hakimiyyəti özünün yaratdığı problemlərlə mübarizə aparır.

Ağ Evin sözçüsü  Vaşinqtonun “rejimi xalqına göstərdiyi münasibətə görə məsuliyyətə cəlb etmək yollarını axtarmağa davam edəcəyini” vurğulayıb və izah edib ki, İran xalqı gələcəyinin necə olacağı barədə qərarı özü verməlidir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN