Avropa İttifaqı Ukraynaya 2023-cü il üçün “çox güzəştli kreditlər” şəklində ümumi həcmi 18 milyard avro olan büdcə yardımı ayıracaq.

Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenlə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığından sonra yaydığı bəyanatda deyilir.

“Avropa Komissiyasının sədri Von der Leyen prezident Zelenskiyə Ukraynanın 2023-cü ildə prioritet ehtiyaclarını ödəmək üçün gələn həftə 1,5 milyard avroluq, ümumi məbləği 18 milyard avroya qədər Aİ-yə əhəmiyyətli maliyyə yardımı planını təqdim edəcəyi barədə məlumat verib. Yardım yüksək güzəştli uzunmüddətli kreditlər şəklində veriləcək və Ukraynada Aİ-yə daxil olmaq yolunda lazım olan islahatları dəstəkləyəcək. Aİ yardım proqramı da digər əsas donorların oxşar dəstək tədbirləri ilə müşayiət olunmalıdır”.

Von der Leyen həmçinin Kiyevə qışa hazırlaşmaqda, eləcə də Rusiya ilə noyabrın ikinci yarısında başa çatacaq taxıl müqaviləsinin uzadılmasında maksimum köməklik göstərəcəyini vəd edib.

Fon der Leyen Twitter-də bildirib ki, AK gələn həftə Ukraynaya 2023-cü il üçün maliyyə yardımı planı ilə bağlı təkliflərini təqdim edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN