Türkiyənin Sivas şəhərində qanunsuz miqrantları daşıyan avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb.

Bu barədə “Cumhuriyet” xəbər verir.

Qəza zamanı avtomobildə 38 nəfər olub. İlkin məlumata görə, Malatya-Kayseri avtomobil yolunun Mazikiran bölgəsində yağan yağış səbəbindən sürücü idarəetməni itirib. Qəza zamanı miqrantları deportasiya mərkəzinə müşayiət edən jandarma zabiti də yaralanıb.

Xatırladaq ki, oktyabr ayında Türkiyənin Şanlıurfa şəhərində ölkənin cənub-şərqində sərnişin avtobusu və yük maşını toqquşub. Hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Qəza ötmə əməliyyatının düzgün aparılmaması səbəbindən baş verib. Sürücülər toqquşmadan yayınmağa çalışsalar da, buna nail ola bilməyiblər. Nəticədə yük maşını aşıb və səngərə düşüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN