Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) raket zərbələri endirmək üçün bütün cəhdlərini uğurla dəf edib. Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Amerikanın HIMARS reaktiv yaylım atəşi sisteminin 33 mərmisini ələ keçirmək mümkün olub.

Onun sözlərinə görə, Ukrayna döyüşçülərinin iki gün ərzində bəzi istiqamətlərdə irəliləməsi on kilometri keçmir. Artilleriya və hava zərbələri Ukrayna təhlükəsizlik qüvvələrini "Dnepr çayı üzərindən 30-40 km məsafədə" dayandırıb.

"Hazırda Dnepr çayının sağ sahilində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi, hərbi texnikası yığılır" - deyə o əlavə edib.

Noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu xüsusi əməliyyat zonasında Rusiya qüvvələrinin Birləşmiş Qrupunun komandiri Sergey Surovikinə qoşunların Dnepr çayının sol sahilində əvvəllər hazırlanmış mühəndis mövqelərinə manevr etməyə başlamağı tapşırıb.

Surovikinin qeyd edib ki, bu, rus hərbçilərinin həyatını və qrupun döyüş qabiliyyətini xilas edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN