Minlərlə nümayişçi Kişinyovda yeni etiraz aksiyasına toplaşıb. Sosial şəbəkələrdə Moldova paytaxtının mərkəzindən videolar yayımlanır.

Kadrlardan görünür ki, nümayişçilər 200 metrlik milli üçrəngli çəpər çəkiblər. Nümayişçilərin səsləndirdiyi şüarlar arasında: “Maya Sandu lənət olsun, "Diktatura lənət olsun" və "Erkən seçkilər".

Etirazçılar həmçinin hakimiyyəti Rusiya ilə daha yaxşı qaz qiymətləri barədə danışıqlar aparmaq istəmədiklərinə görə tənqid edirlər.

Qeyd olunur ki, küçələrdə hələ də az sayda polis var, amma yəqin ki, parlament və hökumət binaları yaxınlığında daha çox polis olacaq.

Son zamanlar Moldovada müntəzəm olaraq etiraz aksiyaları keçirilir. Sakinlər, hər şeydən əvvəl, bahalaşmadan və ölkə hökumətinin hərəkətlərindən narazıdır və prezident Maia Sandu başda olmaqla, onun istefasını tələb edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN