Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Xerson şəhərinə gəlib.

Bu barədə “Reuters” hadisə yerində olan şahidlərə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, Zelenski Ukrayna təhlükəsizlik qüvvələri ilə danışıb.

Bundan əvvəl o, bildirib ki, Kiyev minalardan təmizləmə işlərinin aparılması zərurətinə görə jurnalistləri Xersona buraxmaq niyyətində deyil.

Noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu xüsusi hərbi əməliyyat zonasındakı qoşunlar qrupunun komandiri Sergey Surovikinin təklifi ilə Xerson vilayətindəki rus qoşunlarının Dnepr çayının sağ sahilindən çıxarılmasına göstəriş verib. Surovikinin sözlərinə görə, artıq sağ sahildən bütün istəyən mülki şəxslər - 115 mindən çox insan təxliyə edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN