Avropa İttifaqı Şurası Avropa Dünya Fondundan (ADF) Ukrayna Silahlı Qüvvələrinin potensialının artırılmasına dəstək məqsədilə 16 milyon avro (EPF) ayrılmasını Aİ-nin Ukraynaya hərbi missiyasının köməyi ilə təsdiqlədi.

 Bu barədə məlumat Avropa Şurasının mətbuat xidməti tərəfindən elan edilib.

Məlumatda qeyd olunur ki, bu addım Ukraynanın əməliyyat ehtiyacları əsasında hazırlanmışdır. Bu tədbir 24 ay davam edəcək. Aİ Şurası Avropa Birliyinin Ukrayna üçün hərbi yardımı rəsmi olaraq başlatdı.

Məqsəd Ukrayna silahlı qüvvələrinin hərbi qabiliyyətini möhkəmləndirməkdən ibarətdir. Hansı ki, onlar  beynəlxalq sərhədlər çərçivəsində Ukraynanın ərazi bütövlüyünü və suverenliyini, həmçinin mülki əhalini qoruya bilsinlər.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN