Ötən gecə saatlarında Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki,  zəlzələnin ən çox hiss edildiyi Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Düzcedə güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb. Bildirilib ki, təkan yerli vaxtla saat 04:08-də (Tbilisi vaxtı ilə 05:08) qeydə alınıb. Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.

Türkiyə Səhiyyə Nazirliyi ölənlər barədə hələki məlumat verməyib...

Xatırladırıq ki, Türkiyənin bəzi bölgələri seysmik zonadadır və hər il zəlzələlər baş verir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN