“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi bəzi müxalifət partiyaları və  ekspertlər tərəfindən  tənqid edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi mətbuata açıqlamasında bildirib ki, "Bu layihə siyasi fəaliyyətə, ifadə azadlığına, Azərbaycanın qoşulduğu konvensiyalara, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyalar haqqında kriteriyalarına ziddir."  

Müsavat Partiyasının başqanı Arif Hacılı da yeni Qanun layihəsini narazılıqla qarşılayıb.

Milli Məclisin sədri müavini Fəzail İbrahimli  “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı bildirib ki, layihə hazırlanarkən  20-dək ölkənin təcrübəsi öyrənilib.

O, “Siyasi partiyalar haqqında” qanunun 30 il əvvəl qəbul olunduğunu və bu müddət ərzində ölkəmizdə bir çox ciddi dəyişikliklərin baş verdiyini, qeyd edilən dəyişikliklərin yeni qanunda öz əksini tapmalı olduğunu vurğulayıb.

Milli Məclisin sədr müavini Əli Hüseynli isə vurğulayıb ki, əvvəlki müzakirələr zamanı qeyd edilmiş bəzi təkliflər yeni variantda nəzərə alınıb.

Deputat Elşad Mirbəşiroğlu da tənqidləri əsassız hesab edir.

 O, KİV-ə açıqlamasında qeyd edib ki, "Siyasi partiyalar haqqında" Qanun layihəsi ctimaiyyətin müxtəlif təbəqələrinin, siyasi partiya təmsilçilərinin yaxından iştirakı ilə müzakirə olunub və səsləndirilən təkliflər də nəzərə alınıb.

Onun sözlərinə görə, Qanun layihəsi ictimaiyyətin fikri əsasında hazırlanıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN