Ukrayna Silahlı Qüvvələri Luqansk Xalq Respublikasında (LXR) Kuzemovkaya hücum etmək istəyərkən 60-dan çox əsgərini itirib.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, xüsusi əməliyyat zamanı Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin artilleriya atəşi və ağır alov qurğuları ilə Kuzemovkaya hücum cəhdinin qarşısını ala bilib.

Nəticədə, düşmənin 60 hərbçisi məhv edilib.

"Kupyansk istiqamətində qabaqlayıcı artilleriya atəşi, ağır alovlu sistemlər və ordu aviasiyasının zərbələri düşmənin Luqansk Xalq Respublikasının Kuzemovka qəsəbəsi istiqamətində hücum cəhdinin qarşısını alıb", - Konaşenkov bildirib.

Onun sözlərinə görə, altı tank, beş zirehli maşın və dörd zirehli texnika da məhv edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN