Belarusun təşkilatdakı daimi nümayəndəsi Aleksandr Qrineviç KTMT Daimi Şurasının sədri seçilib.

Sədrlik rotasiya qaydasında Qrineviçə keçib, o, bu vəzifədə Ermənistan təmsilçisi Viktor Biyaqovu əvəzləyib.

“2022-2023-cü illərdə KTMT-də sədrliyin Ermənistan Respublikasından Belarus Respublikasına keçməsi ilə əlaqədar Daimi Şuranın sədri vəzifəsinə Belarusun KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi Aleksandr Qrineviç seçilib. Ermənistan Respublikasının səlahiyyətli nümayəndəsi Viktor Biyaqov ona KTMT Daimi Şurasının qərarının qəbul edilməsini simvolizə edən sədrin taxta toxmağını təqdim edib”, - KTMT-nin sözçüsü Vladimir Zaynetdinov TASS xəbər agentliyinə bildirib.

Noyabrın 27-də KTMT-də biotəhlükəsizlik üzrə koordinasiya şurasının yaradılacağı məlum olub. Noyabrın 23-də İrəvanda KTMT-yə üzv ölkələrin sammiti keçirilib. Görüşün əsas mövzuları Dağlıq Qarabağ və Ukrayna ətrafında vəziyyət olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN