"Mixeil Saakaşvili iğtişaşlar törətmək üçün bir vasitədir - Onun xəstəliyi məsələsi ilə bağlı piyar kampaniyası aparırlar".

Tezadlar.az 24News.ge saytına istinadla xəbər verir ki, bu sözləri "Gürcü Arzusu" partiyasının parlament çoxluğunun rəhbəri Mamuka Mdinaradze jurnalistlərin suallarını cavablayarkən deyib. Onun sözlərinə görə, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Vahid Milli Hərəkat” partiyası üçün həmişə ikinci planda olub: “Mixeil Saakaşvili yalnız onlar və onların təyinatçıları, o cümlədən Saakaşvilini təyin edənlərin gözündə ölkədə iğtişaşlar yaratmaq üçün bir vasitədir. Onların planları deşifrə edildi. Həmin insanların a, b, c, d və s. planları mövcud idi. Onların bütün planları batdığı üçün birinci plana qayıtdılar. İndi Mixeil Saakaşvili bir alətdir. Onun xəstəliyi məsələsi ilə bağlı piyar kampaniyası aparırlar ki, bu da ölkəyə zərər vuran bir siyasi prosesdir. Bundan əlavə, ölkənin hüdudlarından kənarda güya Gürcü Arzusu partiyasının hakimiyyəti dövründə Gürcüstanın Avropa ittifaqına üzvlüyə nanmizəd ölkə statusu almayacağı barədə lobbiçilik fəaliyyəti yayırlar. İnanıram ki, Saakaşvili həkimlərin sözlərinə və göstərişlərinə sonunadək əməl edərsə, qidalanarsa, sağlamlıqla bağlı problemlə üzləşməz". 

"İmedi" telekanalı sabiq preizdentin anası və Amerikanın hər hansı kompaniyası arasında müqavilə imzalandığını və sözügedən şirkət tərəfindən Mixeil Saakaşvilinin ölkədən çıxarılması ilə bağlı piyar kampaniyasının aparılacağını iddia edib.

Saakaşvilinin azadlığı üçün səylər isə hələki səmərə vermir. Hakimiyyət bir müddət əvvəl onu azad etmə şərtini də açıqlamışdı. Lakin bu məsələdə fikir ayrılıqları hələ də qalmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN