...Dünya şöhrətli alim Xudu Məmmədov deyirdi: "Deməyin ağacın, quşun, daşın... dili yoxdur. Deyin ki, ağacın, quşun... dilini bilmirəm..."

Bu gün rastlaşdığım bir hadisə inanılmaz idi. Belə ki, ana-bala gəzişən pişiklərin yanına bir göyərçin qondu... Hər iki pişik dərhal şikarı ələ keçirmək üçün pusqu qurdu... His olunurdu ki, ana pişik balasını ova həvəsləndirərək irəli atılmağa sövq etmişdi... Bala pişik də özünü göstərmək üçün həvəslənib pusqu quraraq göyərçini ovlamaq həvəsinə düşdu. Və ani olaraq göyərçinin qonduğu budağa sıçradı, lakin "düşmənləri"ni əvvəldən görmüş göyərçin yana uçdu və bala pişik budaqdan çardağın üzərinə çırpıldı... Hiss olunurdu ki, qolundan yaralanıb və qan axır. Onun yazıq-yazıq miyoldamasını görən ana pişik dərhal bala pişiyin yanına gəldi, onu qucağına alıb yarasını yalamağa və başını sığallayıb təsəlli verərək onu ruhdan düşməməyə həvəsləndirməyə başladı... Təxminən 4-5 dəqiqə davam edən bu "müalicə kursundan" sonra bala pişik ayağa durub anasına sarıldı, ona minnətdarlıq edirmiş kimi ətrafında dövrə vurub növbəti şikarının ardınca getməyə başladı...

 İbrətamiz hadisədir: xatırlayıram, 44 günlük Zəfər müharibəsinin döyüşçüləri ilə söhbət edərkən əsgərlərin yaralı döyüş yoldaşlarının yarasını necə bağlamalarını, huşunu itirmiş əsgəri kürəyinə alıb kilometrlərlə məsafəyə aparıb hospitala təhvil verdiyini az eşitməmişəm... Dilsiz-ağılsız təbiət canlılarının da sən demə, düşüncəsi, hissiyatı, dili varmış, sadəcə, biz hələki o dili şifrələyə bilmirik...

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN