ABŞ və NATO ciddi nəticələrlə dolu olan Rusiya ilə birbaşa qarşıdurmanı hədəfləyir. Xarici işlər naziri Sergey Lavrov 2022-ci il Moskva Nüvə Silahlarının Yayılmaması Konfransında deyib ki, Moskva Vaşinqton və Brüsselə nüvə münaqişəsinin yolverilməzliyi barədə xəbərdarlıq siqnalları göndərməyə məcburdur.

"Biz bu məsələ ilə bağlı mütəmadi olaraq xəbərdarlıq siqnallarımızı göndərməyə məcburuq. Lakin onları ciddiyə almaq əvəzinə, Qərbdə qəsdən təhrif edilir və bizi "təhdid ritorikasından" istifadə etməkdə ittiham edirlər", - Lavrov deyib.

O, Rusiyanın “nüvə beşliyi” ölkələrinin sənədlərində əksini tapmış müddəalara ciddi əməl etdiyinə diqqət çəkib. Onlar nüvə münaqişəsinin və nüvə silahına malik dövlətlər arasında hər hansı silahlı toqquşmanın yolverilməzliyini vurğulayırlar.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden oktyabrın 7-də dünyanın guya “nüvə Armageddonu” ilə təhdid edildiyini söyləmiş və Moskvanı nüvə eskalasiyasında ittiham etmişdi. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov qeyd edib ki, ABŞ Rusiya Federasiyasının nüvə silahına malik olması ilə bağlı “qeyri-sağlam qorxu” yaşayır.

Kreml qeyd edib ki, dünyada nüvə eskalasiyasından yalnız məsuliyyətsiz insanlar danışır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya hərbi doktrinası ilə tanış olmağa çağırıb.

Oktyabrın 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərbdə nüvə silahı mövzusu ilə məsuliyyətsiz oynamağa çalışan siyasətçilər peyda olub. Rusiya tərəfi dəfələrlə bəyan edib ki, heç kəsi nüvə silahından istifadə ilə hədələmir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN